Türkiyə parlamentinin sədri: "Dosta və düşmənə birliyimizin gücünü göstərdik"

Türkiyə parlamentinin sədri: "Dosta və düşmənə birliyimizin gücünü göstərdik"
DÜNYA
18:00 09.06.2021
801
"Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ildönümünə təsadüf edir”.

"Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi və Azərbaycan Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziuma göndərdiyi videomüraciətdə söyləyib.

"Bu tədbir türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümünü qürurla qeyd etdiyimiz dövrə, eyni zamanda pandemiyanın azaldığı bir vaxta təsadüf edir”, - deyən parlament sədri bildirib: "Türk dünyasında güclənən və inkişaf edən həmrəylik bizim üçün qürur mənbəyidir. Hamımız Hoca Əhməd Yəsəvinin nəvələriyik. Asiyadan Avropaya qədər insanlığa ədalət, təvazökarlıq və birlik anlayışı gətirən nəsillərin varisləriyik. Bizlər eyni dinə inanan, eyni dildə danışan, ortaq mədəniyyəti, tarixi olan 300 milyonluq ailəyik. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən energetikaya bütün sahələrdə birlik, bərabərlik və həmrəyik nümayiş etdiririk. Xoşbəxtliyimiz əlaqələrimizi və əməkdaşlıqlarımızı genişləndirməkdə, inkişaf etdirməkdə, türk mədəniyyətinin əbədi olmasını təmin edəcək addımlar atmaqdadır.

Azərbaycanlı qardaşlarımız Qafqazın incisi olan Qarabağı işğaldan azad etmək üçün tarixi mübarizə apardı. Qardaşlarımız inancları, ürəkləri, cəsarətləri və qətiyyətləri ilə istiqlalın və istiqbalın ən böyük təminatı olduqlarını döyüş meydanından bütün dünyaya elan etdilər. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara və vətəndaşlara Allahdan rəhmət, ailələrinə, silahdaşlarına başsağlığı diləyirəm.

Türkiyə olaraq Vətən müharibəsinin əvvəlindən sonuna qədər qardaşlarımızın yanında olduq. Dosta və düşmənə birliyimizin gücünü göstərdik. Azərbaycanın 30 ildir qanlı işğal altında qalan əzəli torpaqlarını azad etməsi nəticəsində yaşadığımız coşqu aramızdakı qardaşlıq əlaqələrinin nişanələrindən biridir. Xoşbəxtik ki, bu gün Qarabağ səmalarını ay və ulduz bəzəyir. Şuşada bayram namazı qılınır. Azərbaycanın qazandığı tarixi zəfər nəticəsində regiondakı reallıq Cənubi Qafqazda daimi sülh və sabitlik, regional əməkdaşlıq üçün fürsətdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
13:47 01.07.2026
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Oxu.az 13 yaşını qeyd edir
13:39 01.07.2026
Oxu.az 13 yaşını qeyd edir