Xəbər verdiyimiz kimi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev dekabrın 7-də İstanbuldan Bakıya deportasiya edilərkən təyyarəsinin qalxmasına bir saat qalmış Türkiyə polisinin təzyiqinə məruz qalıb. Polislər Əliyevi təhqir ediblər. Hətta vəkilə zor tətbiq etdikləri haqda məlumatlar da var.
AZXEBER.COM-un məlumatına görə, Türkiyədə dünən buna bənzər daha bir hadisə baş verib. Polislər vətəndaşı döyüblər. Xoşbəxtlikdən bu kadrlar təhlükəsizlik kameralarına düşüb. Həmin videonu təqdim edirik.