“Allah şəhidlərimizə rəhmət etsin”.
Ötən il cəbhədə erməni gülləsinə tuş gələn, ağır yaralanmış, uzun müddət Türkiyədə müalicə alan azərbaycanlı əsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan toy hədiyyəsini alıb.
Oxu.Az Haberler-ə istinadən xəbər verir ki, bir neçə həftə öncə toyu olan Elvin Əsgərova Türkiyə prezidentinin adından məişət əşyaları hədiyyə edilib.
Əsgərov türk dövlətinə təşəkkür edib, bildirib ki, onun üçün Azərbaycanla Türkiyənin heç bir fərqi yoxdur:
“Məni sağaldıb vətənimə göndərdiniz. Allah hamınızdan razı olsun. Göydə Allah, yerdə iki dövlətimizdir. Mənim üçün Azərbaycanla Türkiyənin heç bir fərqi yoxdur. Allah şəhidlərimizə rəhmət etsin”.
Xatırladaq ki, erməni diversiya-təxribat cəhdlərinin qarşısı alınarkən yaralanan Elvin Əsgərov ötən ilin avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.
Onun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.