“BMT Baş Assambleyasının sessiyası başa çatmayana qədər Türkiyə hökuməti ABŞ-ın raketdən müdafiə sisteminin (RƏM) tikintisi ilə bağlı razılaşmaya son nöqtəni qoymayacaq”. AZXEBER.COM-un məlumatına görə, bu haqda Türkiyənin "Hürriyyət" qəzeti yazıb. Mətbuat orqanının məlumatına görə son qərar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama və İran prezidenti Mahmud Əhmədinejatla görüşdükdən sonra veriləcək.
Qeyd edək ki, hər iki görüşün Nyu-Yorkda keçirilən sessiya çərçivəsində baş tutacağı bildirilir.