Türkiyə seriallarının Azərbaycanda yayımının qadağan edilməsinin gerçək səbəbləri - WikiLeaks

MARAQLI
16:17 05.09.2011
2143

Artıq bir neçə ildir ki, Azərbaycan telekanalları Türkiyə serialları yayımlamır.

AZXEBER.COM-un məlumatına görə, son bir neçə gündə Türkiyə mətbuatında bu haqda xəbərlər yayımlanmaqda davam edir. Türkiyə mətbuatı serialların qadağa qoyulmasının ilkin səbəblərinin WikiLeaksdə yazıldığını iddia edirlər.

Xəbərlərə görə, WikiLeaksdə yayımlanan yeni dosyelərdə Türkiyə seriallarının qadağa qoyulmasının birbaşa ölkə başçısı tərəfindən verilən qərarla icra edildiyi qeyd edilib. Bunun səbəb isə, Türkiyə seriallarında baş örtüsünün olmasıdır. ABŞ-ın Bakı səfirliyində hazırlanan 23 yanvar 2009-ci il tarixli kriptoqramda ABŞ rəsmisi ilə Azərbayvan prezidenti İlham Əliyev arasında keçirilən görüşün xülasəsində də, bu barədə məlumat dərc edilib. Sənəddə Azərbaycan prezidenti İlham Əliyevin bu sözlərinə birbaşa istinad edilir: “İranlılar qadınlarını bağlayarkən gülürük, amma insanlar türklərin də qadınlarını bağladıqlarını görsə, bu ciddiyə alına bilər”. 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2009-cu ildən Anadolu türkcəsində filmlərin yayımını qadağan edib.

OXŞAR XƏBƏRLƏR