Türkiyə Super Kubokunun final matçı harada keçiriləcək?

İDMAN
14:18 06.01.2024
296
Səudiyyə Ərəbiatanında keçirilməsi planlaşdırılan və son anda təxirə salınan Türkiyə Super Kubokunun final matçının harada baş tutacağı müzakirə edilir.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə açıqlamalar verən "Fənərbağça” prezidenti Ali Koç matçın Samsun və ya Ankarada oynanıla biləcəyini deyib:

"Bu matçı federasiyamız harda qərar versə, orada keçirəcəyik. Çox güman ki, Samsun və ya Ankarada oynanılacaq. Harada deyilsə, biz də oynayacağıq. Yanvarda oynanmasını istəsələr "yox” deyəcəyik. Çünki 7-8 matçımız var. Seçkilərimizin olacağı həftə yəqin ki, heç bir matç yoxdur, bəlkə cümə günü baş tuta bilər”.

OXŞAR XƏBƏRLƏR