ANS PRESS-in RBK-ya istinadən verdiyi məlumata görə, Nyu-York birjasında WTI (Light Sweet) markalı neftin qiymətində 3,57 dollarlıq artım mühahidə olunub və bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 91,71 dollara çatıb.InterContinental Exchange Futures Europe (ISE Futures Europe) elektron birjasında isə “Brent” neftinin bir bareli 4,41 dollar bahalaşıb və 112,58 dollara çatıb.“Qara qızıl”ın qiyməti Türkiyə parlamentinin hökumətə Suriya ərazisində hərbi əməliyyatlar keçirməyə razılıq verməsindən sonra kəskin başalaşıb. Bu qərar Suriya ərazisindən Türkiyəyə artilleriya mərmilərinin atılmasına cavab addımı kimi qəbul edilib.