Türkiyə Suriyadakı səfirliyini bağladı

Türkiyə Suriyadakı səfirliyini bağladı
DÜNYA
13:30 26.03.2012
2193
Bir ildən çoxdur anti-hökumət nümayişlərinin davam etdiyi Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizliklə bağlı narahatlıq səbəbindən Türkiyə səfirliyi müvəqqəti bağlanıb. Türkiyə səfirliyinin işi bu səhərdən dayandırılıb.Xatırladaq ki, Türkiyənin xarici iqşlər nazirliyi ötən həftə Suriyadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırmışdı. Türkiyə səfirliyinin konsulluq xidməti isə hələ martın 22-də dayandırılmışdı.Bundan əvvəl isə Böyük Britaniya, ABŞ, Kanada, İtaliya, Fransa, Finlandiya və İspaniya, həmçinin Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Suriyadakı səfirliklərini bağlamışdı.
OXŞAR XƏBƏRLƏR