Türkiyə təyyarəsi Bakıda məcburi eniş etdi

Türkiyə təyyarəsi Bakıda məcburi eniş etdi
Bütün Xəbərlər
18:21 08.02.2016
2326
“Boeing 777”in göyərtəsində 331 sərnişin olub.
Fevralın 6-da “Türk Hava Yolları”nın təyyarəsi Bakıda məcburi eniş edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan bildiriblər.
Qeyd olunub ki, fevralın 6-sı saat 09:30-da Dehli-İstanbul marşrutu üzrə hərəkət edən “Boeing 777” təyyarəsi göyərtədə kənar əşyanın (mobil telefon) olması səbəbindən Bakıda məcburi eniş edib.
Şirkətdən əlavə ediblər ki, təkrar yoxlama prosedurundan sonra təyyarə uçuşu davam etdirib.
Təyyarənin göyərtəsində 331 sərnişin və 14 ekipaj üzvü olub.
OXŞAR XƏBƏRLƏR