Türkiyə təzminat ödəməkdən imtina etdi

Türkiyə təzminat ödəməkdən imtina etdi
DÜNYA
15:12 28.06.2016
1239
Türkiyənin baş naziri Binali Yıldırım Rusiyaya təzminat ödəmək məsələsinə aydınlıq gətirib.
 Yıldırım belə bir iddianın reallığı əks etdirmədiyini qeyd edib: “Xeyr, belə bir şey yoxdur. Sadəcə təəssüfümüzü ifadə etdik, kədərlərini bölüşdük. Pilotun öldürülməsinə görə səbəbkar hesab edilən insan haqqında da lazımi hüquqi işlər davam etdirilir”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrın 24-də Rusiyaya məxsus SU-24 təyyarəsinin vurulmasına görə dünən Vladimir Putinə məktub ünvanlayıb. Ərdoğan məktubda ölən pilotun ailəsindən üzr istəyib. Bundan sonra açıqlama verən Türkiyə baş naziri Binali Yıldırım lazım gələrsə təzminat ödəniləcəyini də vurğulayıb.
///AzNews.az 
OXŞAR XƏBƏRLƏR