Türkiyə TV-si ‘Azadlıq’ radiosunu CİA ilə əlaqələndirdi - VİDEO

Türkiyə TV-si ‘Azadlıq’ radiosunu CİA ilə əlaqələndirdi -  VİDEO
Bütün Xəbərlər
14:53 27.12.2014
1041

Türkiyənin xəbər verlişində “Azadlıq” radiosuna edilən hücumun şəkli yayımlandı…

Türkiyənin “Kanal 24″ telekanalında “Bakıda anlamlı basqın” başlığında xəbər efirə gedib. Xəbərin aparıcısı ilk olaraq, qısa şəkildə dinləyiciləri mövzu ilə bağlı məlumatlandırıb. Mövzuya giriş edən xəbər aparıcısı sonra Bakıda “Azadlıq” radiosuna hücumla bağlı şəkli ekranlara gətirib.

Şəklin üzərindən aparıcı bunları deyib: “Fotoda Azərbaycanın cavabdeh şəxsləri bu radionun mərkəzinə basqın etdilər və Amerika hökuməti bunun bir media hücumu olduğunu irəli sürdü və demokratiyadan söz etdi.”

Sonda aparıcı maraqlı bir sualla müraciət edərək xəbəri yekunlaşdırıb:

“CİA tərəfindən dəstəklənən bir radionun Bakıdakı mərkəzinə hücum edilməsi nə zaman media azadlığı üçün yer alan bir anlayışdır!?”

OXŞAR XƏBƏRLƏR