Davudoğlu: "Azərbaycanın bayramı bizim bayramımızdır”.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Zəfər Bayramından sonra jurnalistlərə verdiyi açıqlamada Azərbaycanla bağlı sualı cavablandırıb. Baş nazirə Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrlə bağlı sual verilərkən "Azərbaycanın yanındayıq" deyə cavab verib. O bildirib ki, Türkiyə burada olduqca Azərbaycan sərhədində heç bir gərginlik ola bilməz. “30 avqust Zəfər Bayramı Azərbaycanın bayramıdır. Azərbaycanın bayramı bizim bayramımızdır.”-deyə Davudoğlu bildirib. Müdafiə nazirliyinin avqustun 28 –də cəhbədə baş verən məlumatda bildirilirdi ki, “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.