"Türkiyə və Azərbaycan birliyinin yeni erası..."

"Türkiyə və Azərbaycan birliyinin yeni erası..."
SİYASƏT
11:06 16.06.2022
372
Türkün gücü onun böyük tarixində və şanlı keçmişindədir. Böyük tarixi keçmişi olan iki qüdrətli türk dövlətinin - yaradıcısı Mustafa Kamal Paşa Atatürk olan Türkiyə Respublikasının, memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan Respublikasının tarixinə 15-iyun 2021-ci il "Qurtuluş Günü" Türk dünyasının müdrik oğlu Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının müzəffər sərkərdəsi İlham Əliyev tərəfindən "Şuşa Bəyannaməsi" adlanan yeni bir şanlı səhifə əlavə olundu. Bu hər iki dövlət üçün vacib bəyannamənin məhz 100 il bundan əvvəl 15-iyun günündə bağlanmış Qars müqaviləsi ilə eyni tarixə düşməsi heç də təsadüfi deyildir. Şuşada bu tarixi bəyannaməni imzalayarkən Heydər Əliyev missiyasını davam etdirən Azərbaycan Respublikasının Prezidenti siyasi gediş edərək qeyd etmişdir: "Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Müqavilədə imzalanan digər vacib məqamlardan biri tarixi türk torpağı olan Zəngəzur dəhlizinin açılması, iki qardaş ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrini əhəmiyyətli dərəcədə inkişaf etdirəcəkdir. Onu da qeyd edək ki, "Şuşa Bəyannaməsi" hər iki dövlət arasında strateji əhəmiyyətə malikdir. Belə ki, bəyannamədə əksini tapan digər məsələlərlə yanaşı ölkələrarası müdafiə sahəsindəki əməkdaşlıq, gələcəkdə bir-birinin təminatı üçün qarşılıqlı hərbi yardım məsələləri böyük tarixi əhəmiyyət kəsb edir. 44 günlük vətən müharibəsində çox böyük rol oynayan pilotsuz uçuş aparatlarının müdafiə sənayemizdə istehsalı ölkəmiz üçün vacib amillərdəndir. Tükiyə və Azərbaycan arasındakı siyasi həmrəyliyin bariz nümunəsi Silahlı Qüvvələrimizin hələ Şuşanın fəthindən sonra döyüş texnikamızı öyrənməyə çalışan dünyanın ən güclü dövlətləri sırasına qoşulduqdan sonra da ordu quruculuğunun siyasi davamıdır.
 
Bəyannamənin məhz Şuşada imzalanması iki türk dövlətinin tarixi münasibətlərinin təsdiqi, ölkələrimiz arasındakı qardaşlıq və dostluğun yeni erasıdır.

Bu gün cənnət güşəmiz, and yerimizə çevrilən Qarabağımızın baş tacı olan Şuşada vüqarla dalğalanan Azərbaycan və Türkiyə bayraqları "Azərbaycanının sevinci sevincimiz, kədəri kədərimizdi"- deyən Mustafa Kamal Atatürkün qüdrətinin, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" - söyləyən Azərbaycanın Ulu Öndəri Heydər Əliyev əzəmətinin qardaşlığından, gücündən ilhamlanan sarsılmaz birlik rəmzidir. Köksündə ay və ulduz nişanları həkk olunmuş hər iki bayraq eyni köklərə malik olmağımızı simvolizə etməklə yanaşı Ulu Öndərin müdrik kəlamının təcəllisidir. 

Türkiyə və Azərbaycan qardaşlığı 44 günlük vətən müharibəsi başlayan andan Azərbaycana mənəvi dəstək olan, Zəfər paradında Bəxtiyar Vahabzədənin "Hardan sənin oldu bizim Qarabağ? Adı sahibini demirmi aşkar?"- söyləyən Ərdoğanın, "Şuşa sən azadsan, biz səni dirçəldəcəyik!"-deyən, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dünya dövlətlərinin şüuruna həkk olunan "Qarabağ Azərbaycandır!" ifadəsini səsləndirən İlham Əliyevin  şüarını möhürləmək deməkdir. Azərbaycan və Türkiyə arasındakı tarixi münasibətlərin bir daha bütün dünyaya bəyanatıdır.

Nuranə Cavadova,
Abşeron rayon Məmmədli kənd tam orta məktəbin müəllimi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
12:29 08.10.2026
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"