Türkiyə və Ermənistan XİN rəhbərləri ikitərəfli görüş barədə razılaşıblar

SİYASƏT
13:53 09.12.2013
929

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) iclası çərçivəsində görüş barədə razılığa gəliblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat yayan Türkiyə mətbuatında qeyd edilib ki, Kiyevdə ötən həftə keçirilən ATƏT XİN rəhbərləri Şurasının iclasında proqram çox sıx olduğu üçün nazirlərin təkbətək görüşü baş tutmayıb.Bununla əlaqədar olaraq nazirlər dekabrın 12-də İrəvanda ikitərəfli görüş keçirmək barədə danışıblar.Türkiyə XİN rəhbərinin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində müsbət siqnallardan razı olduğu bildirilib.“Ankaranın məqsədi Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı prosesin irəliləməsidir. Türkiyə gözləyir ki, Ermənistan Azərbaycanın bəzi ərazilərini azad edəcək. Bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, xüsusən, məlum protokolların həyata keçirilməsinə imkan verəcək”- KİV-də deyilir.

OXŞAR XƏBƏRLƏR