Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
"TRT Haber" xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.
"Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına təxirəsalınmadan başlamağı, bu çərçivədə, tərəflərin milli qanunvericiliyinə uyğun olmaq şərtilə razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - bəyanatda vurğulanıb.
///report///











































