Türkiyə vətəndaşı Sumqayıtda 2 nəfəri öldürdü, 2-ni yaraladı
Bütün Xəbərlər
14:19 07.11.2011
1505
Türkiyə vətəndaşı Sumqayıt şəhərində dəhşətli cinayət törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 6-da saat 08:50 radələrində Sumqayıt şəhəri "Yaşıldərə" bağlar sahəsində yeni tikilmiş evlərdən birində yaşayan Türkiyə vətəndaşı Şener Əjdər Mustafa oğlu ailə münaqişəsi zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirib, arvadı Günel, qayını Ramal və baldızı Aynurəyə isə xəsarət yetirib.