Türkiyə vətəndaşı Sumqayıtda özünü dənizə ataraq intihar etdi

HADİSƏ
21:25 10.07.2022
503
Sumqayıtda Türkiyə vətəndaşı intihar edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt sahilindən kişi meyiti tapılıb.

Meyitin 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. 24 yaşlı türk gəncin intihar məqsədi ilə özünü dənizə atdığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR