Türkiyə vurulan rus qırıcısına 10 dəfə xəbərdarlıq edir – SƏS YAZISI (VİDEO)

DÜNYA
13:38 25.11.2015
6622
Türkiyə Rusiyaya məxsus “Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.
Rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq "SU-24" təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.
Yerli "FOX" telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb.
Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.” - deyərək xəbərdarlıq etdiyi eşidilir.
Xatırladaq ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid "SU-24" qırıcısını vurub.
OXŞAR XƏBƏRLƏR