Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
SİYASƏT
10:33 15.09.2024
231
Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub:

"Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik.

Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik".
OXŞAR XƏBƏRLƏR