Türkiyə XİN başçısı müsəlman dünyasını həmrəyliyə çağırıb

DÜNYA
19:44 10.09.2024
176
Türkiyənin xarici işlər naziri Hakan Fidan müsəlman dünyasını həmrəyliyə çağırıb.

O, bu barədə Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci toplantısında çıxışında deyib.

Nazir söyləyib ki, regional problemlərin öhdəsindən ancaq belə gəlmək mümkündür.

Onun sözlərinə görə, bəzi problemlərin səbəbi məhz müsəlman ölkələri arasındakı fikir ayrılığıdır.
OXŞAR XƏBƏRLƏR