Türkiyədə 10 uşağın olduğu avtomobillə əlaqə kəsildi: Axtarışlar aparılır

Türkiyədə 10 uşağın olduğu avtomobillə əlaqə kəsildi: Axtarışlar aparılır
DÜNYA
02:40 28.11.2026
95
Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində Kocaelidən yola çıxan və içərisində 10 uşağın, eləcə də üç əməkdaşın olduğu avtomobillə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə işlərinə başlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi bölgəyə axtarış-xilasetmə qrupları göndərildiyini bəyan edib.

Avtomobillə yerli vaxtla saat 15:00-dan (Bakı vaxtı ilə 16:00) etibarən əlaqə saxlamağın mümkün olmadığı qeyd edilib. Avtomobildən son GPS siqnalının Yedigöller Kapankaya ərazisindən alındığı bildirilib.

"Kocaeli Uşaq Evləri Kompleksində yaşayan 14-17 yaş aralığında 10 qız uşağının və üç əməkdaşın iştirakı ilə Bolu Yedigöller-Gölcük Təbiət Parkına birgünlük gəzinti təşkil olunub.

Gəzintidən qayıdarkən avtomobillə əlaqənin kəsilməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib və bölgəyə dronlarla birlikdə axtarış-xilasetmə qrupları göndərilib" , - deyə nazirliyin məlumatında bildirilir.
OXŞAR XƏBƏRLƏR