Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda qanunsuz miqrantlar saxlanılıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, sahil mühafizəsi əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı 18 qeyri-qanuni miqrant aşkarlanıb.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.
///report///











































