Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

DÜNYA
10:29 26.01.2020
5741
Türkiyənin şərqində qeydə alınmış güclü zəlzələ nəticəsində meydana gələn dağıntıların altından iki yaş yarımlıq qız uşağı 24 saatdan sonra sağ çıxarılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bildirilir ki, uşaq anası ilə birgə Elazığ şəhərində dağılan evin altında qalıb. Qızcığaz çıxarıldıqdan bir neçə saat sonra anası da xilas edilib. Xilasedicilər qadının səsini eşidərək əlaqə qurublar.

Ana ilə bala hazırda xəstəxanada həkim nəzarəti altındadır.

OXŞAR XƏBƏRLƏR