Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.
Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 4 nəfəri xilas edə bilib.
Digər heyət üzvlərinin axtarışları davam etdirilir.
14.12
Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.
Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.
Axtarış tədbirləri davam etdirilir.