Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib. Doğan xəbər agentliyinin verdiyi məlumata görə, sərnişin avtobusunun yolun kənarındakı qayaya çırpılması nəticəsində 4 nəfər ölüb, 51 nəfər isə yaralanıb. Yaralılardan 27-nin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı avtobus Van şəhərindən İstanbula hərəkət edirmiş. Qəzanın səbəbi dəqiq bəlli olmasa da, yolların qarlı olması səbəblərdən biri kimi göstərilir.