Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu

Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu
DÜNYA
04:56 27.10.2026
201
Türkiyədə İstanbul prokurorluğunun apardığı araşdırma çərçivəsində iş adamı Nusret Altınbaş saxlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, polisdə ifadəsi alındıqdan sonra o, məhkəməyə çıxarılıb.

Məhkəmənin qərarı ilə Nusret Altınbaş həbs olunub.

Qeyd edək ki, Türkiyədə fond və birja əməliyyatları ilə bağlı davam edən istintaq çərçivəsində Altınbaş ailəsinin bütün əmlakına həbs qoyulub. Ötən həftə Nusret Altınbaş barəsində tutulma qərarı verilmiş, qardaşı İnan Altınbaş isə saxlanılmışdı.
OXŞAR XƏBƏRLƏR