Türkiyədə 'Ağsu möcüzəsi'

Türkiyədə
GƏNCLİK
10:31 05.05.2012
2612
3 may 2012-ci il tarixində Türkiyənin Uşak şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Türkiye temsilciliyi və Uşak Universitetinin 2023 Təhsil İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Ulu öndər, ümummilli liderimiz olan Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş “Azərbaycanın Mədəni İrsi” elmi-praktik konfransı və “Ağsu möcüzəsi” adlı sərgi keçirilmişdir. AZXEBER.COM-un məlumatına görə, “Ağsu möcüzəsi” sərgisinin açılışı Uşak Universitetinin Sənət Qalereyasında Universitetin rektor köməkçisi Professor Dr. Dalkıran, Uşak Bələdiyyəsinin sədr müavini Mustafa Gündüz və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs şöbəsi Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərova tərəfindən edilmişdir. Sərgiyə Uşak Universitetinin rektoru Professor Sait Çelik, onun müavinləri Prof. Salih Çelebioğlu, İncəsənət fakültəsinin dekanı Prof. Lütvi Özan, Universitetin elmi Araşdırmalar Şöbəsinin müdiri Sezayi Daşdemir, Dos. Dr. Murat Öntuğ, İncəsənət Fakültəsinin müəllimi İsmayıl Oskay, Dos. İsmayil Yardımçı, Universitetin şöbə, dairə müdirləri, İctimai Elmlər İnstitutunun rektoru Musa Çiftçi, Atatürk İlke və İnqilabları Araştrma Mərkəzi müdiri Dos. Dr. Sadiye Tutsak, eləcə də Universitetdə təhsil alan tələbələr və Pamukkale Universitetinin müəllim heyəti iştirak etmişdir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə heyətinin üzvü, Ağsu Arxeoloji ekspedisiyasının rəisi Prof. Dr. Qafar Cəbiyev və Birliyin sədri Dr. Fariz Xəlilli Ağsuda aparılan arxeoloji tədqiqatlar haqqında geniş məlumat vermişdir. Sərgilənən Orta əsr Ağsu şəhərinin tapıntıları, qazıntı prosesi və tədbirlərindən ibarət fotopanellər, eləcə də onun zəngin tarixi və mədəniyyətini təcəssüm etdirən rəsm əsərləri və heykəltəraşlıq nümunələri sərgi iştirakçılarının Azərbaycanın mədəni irsinə və aparılan arxeoloji qazıntıların zəngin tapıntılarına sonsuz marağına səbəb olmuşdur. Sərgidən sonra konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə rektorun köməkçisi Dr. Dalkıran açaraq Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətləri, ortaq mədəni dəyərlərinin güclü olmasını vurğulamışdır. Daha sonra Dos. Dr. Murat Öntuğ konfransın əsas məqsədini və Azərbaycanın mədəni irsinin qardaş Türkiyənin hüdudlarında tanıdılması yollarının genişləndirilməsinin zərurliyini açıqlamışdır. Konfransda Birliyinin İdarə heyətinin üzvü, Ağsu Arxeoloji ekspedisiyasının rəisi Prof. Dr. Qafar Cəbiyev “Azərbaycanda şəhər mədəniyyətinin arxeoloji cəhətdən araşdırılması: uğurlar, problemlər, vəzifələr”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs şöbəsi Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərova “Azərbaycanda mədəni irs siyasəti”, Birliyin sədri Dr. Fariz Xəlilli “Azərbaycanda mədəni irsin öyrənilməsi, qorunması və tanıtımı fəaliyyətlərində yeni addımlar”, Ağsu Arxeoloji ekspedisiyasının üzvü, arxeoloq Elmira Abbasova “ Ağsuda Sənətkarlıq” və MİRAS-ın Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Şölə Bayramova "MİRAS İctimai Birliyinin mədəni irs layihələrinin tanıtımları” mövzusunda çıxış etmişlər. Sonda Uşak Universitetinin rektoru Professor Sait Çelik, Universitetin Elmi Araşdırmalar Şöbəsinin müdiri Sezayi Daşdemir və Dos. Dr. Murat Öntuğa Azərbaycan və Türkiyənin mədəni irsinin inkişaf etdirilməsindəki dəstəyə görə MİRAS-ın dostu adına layiq görülmüşlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan