Türkiyənin Ərzurum şəhərində magistral yolda avtobus aşıb. Qəza nəticəsində bir nəfər həlak olub, 12 nəfər yaralanıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, qəza yerli vaxtla 08:00 radələrində baş verib. Avtobus Xorasan rayonundan Ərzurum şəhərinə yollanırmış. Lakin magistral yolun buz bağlamasına görə ictimai nəqliyyat sürücü R.T.-nin idarəetməsindən çıxıb və aşıb.
Hadisə yerinə çoxlu sayda tibb işçiləri cəlb olunub. Qəza ilə bağlı istintaqa başlanılıb.