Türkiyədə axtarışda olan şəxsi Azərbaycan polisi saxladı

Türkiyədə axtarışda olan şəxsi Azərbaycan polisi saxladı
SOSİAL
19:54 15.08.2026
207
Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib.

Sözügedən şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə və ya daşıma ittihamları üzrə axtarışda olub.
OXŞAR XƏBƏRLƏR