Türkiyədə Azərbaycan vətəndaşı itkin düşüb

Türkiyədə Azərbaycan vətəndaşı itkin düşüb
SOSİAL
10:19 26.03.2019
3826
Türkiyədə 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov itkin düşüb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə modern.az-a Orucovun anası Afət Bəşirova məlumat verib. Onun sözlərinə görə, oğlunu sonuncu dəfə fevralın 12-də görüb. 

"Oğlum Anadolu liseyini qazanmışdı. Amma yaşadığımız əraziyə görə Rezonhas liseyinə getməyə başladı. Bir müddət sonra maddi sıxıntılara görə liseyi bir il dondurduq və açıqdan oxumağa başladı. Dedi işləyim, 1 il içində pul toplayım davam edim. Ondan sonra mənimlə çalışdıgım iş yerinə gəlir, mənə kömək edirdi. Çox zaman da işdən bərabər çıxıb evə gedərdik. Fevralın 12-də yenə iş yerinə gəldi, dedi ana icazə verərsənsə bu gün işləməyim. Dogrusu ona başqa yerdə iş tapmışdıq. Mən də dedim ki, get dincəl, yeni işinə də dinc şəkildə başlarsan". 

Oglu Abduləvvalla günorta iş yerində ayrılan ana bir daha da onu görməyib. Amma o gün baş verənlər də şübhəli olub:

"Bir neçə dəfə telefonunu yığdım, dedim hardasan. Dedi Maltəpədə (İstanbulda rayon adı) parkda oturmuşam. Dedim vaxtında get evə. Bir neçə saat sonra yenə zəng etdim, eyni cavabı aldım. Dedim dur evə get, mən də gəlirəm, bu soyuqda nə işin var parkda. Evə getdim, saat 10 oldu, oğlum yoxdu. Bir daha yığdım dedi Trabzona gedir, yoldadır. Bu cavabdan atası da, mən də şok olduq. Biz 4 ildir İstanbuldayıq, ilk dəfə oğlum bizə demədən harasa gedirdi. Hara gedirsən geri gəl, kimlə gedirsın desək də, cavab ala bilmədik".

Bir gün sonra - fevralın 13-də Abduləvval Orucov başqa bir nömrədən anasına zəng edib və deyib ki, onlara 50 gün zəng edə bilməyəcək. Anası oğlunun təlaşlı danışığından şübhələnib. Sorusub ki, niyə öz nömrəsindən yığmır. Cavab daha da ağır olub. 

"Oglum dedi ki, telefonu əlindən alıblar. Bu onun son sözü oldu və bundan sonra səs kəsildi. Bir daha da xəbər ala bilmədik. Sonradan zəng gələn sonuncu nömrəni arşadırdıq. Qazaxıstan kodlu mobil nömrə idi". 

Ailə məsələ ilə baglı polisə müraciət edib. Polis öncə şikayəti qəbul etməyib. Çünki itkin düşən şəxs 18 yaşını tamamlayıb. Bir neçə gün sonra isə iş polisin də diqqətin çəkib və şikayət qeydə alınıb. 

"Biz 1 aydan çoxdur hər gün polisə gedirik, hər yerə müraciət edirik. Amma nə araşdırma başlanıb, nə də bizə konkret bir söz deyən var. Qorxuram ki, oğlumu hansısa dini qruplaşma və ya terror örgütü iş adına aldadıb aparıb. Çünkü oğlum oxumağa görə yaxşı iş axtarırdı. Əgər ailə sözündən çıxan və ya bir az fərqli gənc olsaydı qorxmazdım. Amma sakit və savadlı idi. Onun pis işlə məşğul olması mümkün deyil. Amma aldadıla bilərdi". 

Abduəvvəl qeyri-müəyyən şəkildə evdən çıxsa da, gedərkən xarici paspotrunu götürməsi də diqqət çəkir. Bu, gəncin bir neçə zamandır ki, getməyi planlaşdırdığını göstərir. 

"Bizim ümidimiz yenə də öz dövlətimizədir. Bəlkə dövlətimiz bu işin arşadırımasında bizə yardım edə. Biz imkansızıq, bura işləyib problemlərimizi həll etmək üçün gəlmişik. Araşdırılmanın aparılmasına dəstək olmaq üçün vəkil də tuta bilmirik".  

Qeyd edək ki, ailə dünən Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. Konsulluq Abduləvvəl Orucovun itkin düşməsi ilə baglı polisdən onlara rəsmi bilgi gəlmədiyini bildirib. Amma ailəyə məsələ ilə maraqlanacaqlarını və onlara bu barədə gedən işlə baglı məlumat veriləcəyini deyiblər. 
Orucovlar 4 il əvvəl Azərbaycanın Şəki şəhərindən Türkiyənin İstanbul şəhərinə gəlib və burda işləməyə başlayıb. Abduləvval Orucov o zaman 14 yaşında olub. Azərbaycanda rus dilində təhsil alsa da, Türkiyədə oxuduğu məktəblərdə də seçilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
09:36 24.06.2025
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir