Türkiyədə azərbaycanlı professor rektor seçildi

Türkiyədə azərbaycanlı professor rektor seçildi
Bütün Xəbərlər
10:05 30.03.2012
2062

Azərbaycanlı professor Türkiyədə universitet rektoru seçilib.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, prezident Abdullah Gül Aygün Attarı Girəsun Universitetinin rektoru vəzifəsinə təsdiq edib. Aygün Attar rektor vəzifəsinə Yüksəköyrətim Kurulunun irəli sürdüyü namizədlər arasından seçilib. Azərbaycanlı professor Aygün Attar təyinatdan əvvəl Türkiyənin Giresun Universitetinin prorektoru və fənn ədəbiyyat fakültəsinin dekanı olub, bir müddət rektor vəzifəsini icra edib. Bakı Dövlət Universitetini bitirmiş soydaşımız 20 ildir ki, Türkiyədə yaşayır. Azərbaycan tarixi və mədəniyyətinin təbliğilə məşğul olan professor Aygün Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi qırğınlarla bağlı bir çox məqalələrin müəllifidir.

OXŞAR XƏBƏRLƏR