Türkiyədə azərbaycanlı sürücü 65 yaşlı kişini vurdu

Türkiyədə azərbaycanlı sürücü 65 yaşlı kişini vurdu
Bütün Xəbərlər
12:50 09.11.2013
565

Türkiyənin İğdır vilayətində eyni gündə 2 avtomobil qəzası baş verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən qəzalarda 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.İlk qəza Duzluca-İğdır yolunun Oba kəndi yaxınlığında baş verib. Sezər Bayat adlı şəxsin idarə etdiyi avtomobil ara yoldan əsas yola çıxmağa çalışan sərnişin avtobusu ilə toqquşub. Qəzada yaralanan avtomobil sürücüsü Sezər Bayatla və avtobusda olan, kimliyi məlum olmayan sərnişin təcili tibbi yardım vasitəsilə İğdır Dövlət Xəstəxanasına aparılıb.İkinci qəza isə Naxçıvan-Aralıq qara yolunun Torpaqlı kəndi yaxınlığında baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı Ç.S-nin idarə etdiyi avtomobil qarşıya keçməyə çalışan 65 yaşlı Türkiyə vətəndaşı Sahit Təkcə adlı şəxsi vurub. Ağır yaralı olaraq İğdır Dövlət Xəstəxanasına gətirilən kişinin həyatını xilas etmək mümkün olmayıb. Onun xəstəxanaya gələn yaxınları bu vəziyyətdən çox əsəb və sarsıntı hissi keçiriblər.Sürücü isə artıq polis mühafizə orqanları tərəfindən nəzarətə götürülərək barəsində cinayət işi açılıb. Hazırda işlə bağlı istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR