Türkiyədə azərbaycanlı tələbəni bıçaqladılar

Türkiyədə azərbaycanlı tələbəni bıçaqladılar
Bütün Xəbərlər
11:52 23.10.2012
1058

Türkiyədə azərbaycanlı tələbə bıçaqlanıb.  

Balıkesirdə baş verən hadisədə azərbaycanlı tələbə də daxil olmaqla 4 nəfər iştirak edib. Gənc şəxslər arasında Anafartalar küçəsində yaranan mübahisədə onlar bir-birini yumruqlayıb və təpikləyib. Polisin hadisə yerinə yaxınlaşdığını görüncə isə ərazidən qaçıblar. Lakin sonradan yenidən bir araya gələrək mübahisəni davam etdiriblər. Azərbaycanlı tələbə olduğu deyilən şəxs bıçaqlanıb, digər iki nəfəri polis saxlayıb, bir nəfər qaçıb. Hazırda polis qaçan şəxsi axtarır.

OXŞAR XƏBƏRLƏR