Türkiyədə baş verən şok həbslərlə bağlı bəyanat - Ərdoğanın telefonları da dinlənilirmiş

Türkiyədə baş verən şok həbslərlə bağlı bəyanat -  Ərdoğanın telefonları da dinlənilirmiş
SİYASƏT
19:20 18.12.2013
1988

Hakim AK partiyası son günlər Türkiyədə böyük səs-küyə səbəb olan həbslərlə bağlı bəyanat yayımlayıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bəyanatda əməliyyatların birbaşa baş nazir Ərdoğan tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.

Bəyanatda baş verənlərin təşkilatçılarının ölkənin xaricində olduqları və hətta baş nazirin otağındakı danışıqların da dinlənildiyi qeyd olunub.

Bəyanata görə, Ergenekon Davasını aparan tanınmış prokuror Zekeriya Öz əməliyyatı gizli şəkildə aparıb. İddialara görə, hökumət prokurorun bu əməliyyatını AK partiya iqtidarını yıxmağa yönəlmiş addım kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR