Samsunun baş verən uçqunda ata və iki qızının ölümü ilə bağlı bir yanacaqdoldurma məntəqəsinin müdiri saxlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Samsunda baş verən uçqunla bağlı aparılan araşdırmalar çərçivəsində yanacaqdoldurma məntəqəsinin məsul müdiri K.Y. saxlanılıb. O, yaşadığı ünvanda saxlanılıb.
Sürüşmə ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, ötən gün saat 23:00 radələrində Samsun-Ordu yolunun üzərində avtoyuma məntəqəsinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.
Maşını yuyarkən qaya və torpaq altında qalan 4 nəfərlik ailənin başçısı Adem Kaya və uşaqları Ayla Kaya və Açelya Lina Kaya isə həyatını itirib.
Uşaqların anası işə xəstəxanaya yerləşdirilib.
Gülay