Emre Kartal (32 yaş) adlı şəxs küçədə broşür paylayarkən bacısının keçmiş sevgilisi tərəfindən ayağından güllələnib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bayrampaşa bölgəsində baş verib.
Hadisə ötən gün günorta saatlarında baş verib. İddiaya görə, gözəllik mərkəzində işləyən Emre Kartal broşür paylayarkən bacısının keçmiş sevgilisi tərəfindən ayağından güllə yarası alıb.
Hücum edən şəxs hadisə yerindən qaçarkən, Kartal qan içində yerə yıxılıb. Xəbərin ardından hadisə yerinə gələn təcili yardım qrupları təcili yardımla Kartalı xəstəxanaya apararkən, polis qrupları təcavüzkarı tutmaq üçün əməliyyat başladıb.
Oksana