Türkiyədə bu da oldu: Meydançaya enib, hakimi döydü - VİDEO

İDMAN
15:23 25.04.2016
1521
Türkiyə Super Liqasının XXX turununun "Trabzonspor" - "Fənərbaxça" görüşünün yarımçıq saxlandığını xəbər vermişdik.

Istanbuldan gələn qonaqların 4:0 öndə olduğu matçın 89-cu dəqiqəsində olay baş vermişdi. Belə ki, yerli azarkeşlər meydança ilə tribunalar arasındakı toru saxlayan dirəyi sökmüş və tərəfdarlardan biri meydana daxil olmuşdu.

Belə ki, qapı arxasında dayanan köməkçi hakim Volkan Bayarslana qəflətən həmin trabzonlu azarkeşlərdən biri hücum etmişdi. Hakimi azarkeşin əlindən yalnız təhlükəsizlik nümayəndələri almışdı.

Həmin anın videosunu təqdim edirik. 

OXŞAR XƏBƏRLƏR