Türkiyədə bu gün 75 nəfər koronavirusdan öldü

SAĞLAMLIQ
21:51 06.04.2020
1473
Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.

"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - deyə nazir özünün "Twitter”dəki səhifəsində yazıb.

OXŞAR XƏBƏRLƏR