Türkiyə Daxili İşlər Nazirliyi koronavirusla bağlı yeni qərar qəbul edib.
AZXEBER.COM xəbər verir ki, bu gecədən etibarən qardaş ölkədə bütün restoranlar, kafelər, çayxanalar və barlar bağlanacaq.
Onlar yalnız çatdırılma xidməti ilə məşğul ola biləcəklər.
Qeyd edək ki, Türkiyədə bu günə qədər koronavirusdan 9 nəfər dünyasını dəyişib.