Türkiyədə daha bir terror aktı - 9 ölü, 64 yaralı

Türkiyədə daha bir terror aktı - 9 ölü, 64 yaralı
DÜNYA
10:33 26.08.2016
1234
Türkiyədə daha bir terror aktı törədilib.
Cizrədə polis bölməsinin yaxınlığında bomba yüklü maşın partladılıb. PKK silahlıları tərəfindən həyata keçirilən terror aktı nəticəsində çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hücum nəticəsində Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.
10:04
Polis bölməsinə təşkil edilən terror aktı nəticəsində 9 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Bu barədə Reuters məlumat verib.
Türkiyə Səhiyyə Nazirliyi hadisə baş verən yerə 12 təcili tibbi yardım maşını və 2 helikopter cəlb edildiyini bildirib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR