Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda silahlı hücum nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
AZXEBER.COM bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Öldürülənlər rayonun Kıyır kəndinin yaxınlığında üç nəqliyyat vasitəsinin içərində tapılıblar.
Hadisə nəticəsində bir nəfərin də ağır yaralandığı bildirilir.
Eyni zamanda, hadisəni törətdiyi iddia olunan şəxsin fotosunun da yayıldığı bildirilir.












































