Türkiyədə məktəblər mayın 31-dək bağlı olacaq

Türkiyədə məktəblər mayın 31-dək bağlı olacaq
DÜNYA
12:56 29.04.2020
1103
Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında  bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib: "Şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və kurslarda davam etdirəcəklər”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında təhsil müəssisələrində tətil elan edilib.
 
OXŞAR XƏBƏRLƏR