Türkiyədə dörd azərbaycanlı qazdan zəhərlənib

Türkiyədə dörd azərbaycanlı qazdan zəhərlənib
Bütün Xəbərlər
12:16 28.03.2015
1013
Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Türkiyənin Bursa vilayətində Erenler küçəsində tüstü bacasının bağlı olması səbəbindən kömür sobasından sızan karbomonoksit qazından 7 nəfər zəhərlənib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərdən biri 31 yaşlı Taylan Əhmədoğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Digər altı nəfər xəstəxanaya çatdırılıb, vəziyyətləri normaldır.
Taylan Ahmetoğlu, Səltənət Əhmədoğlu, Mehek Ahmetoğlu və azərbaycanlılar Teylam Əhmədov, Cumalı Əhmədov, Qaneş Əhmədov, Sevgi Əhmədova səhər saat 04:40 radələrində evdə huşunu itirmiş vəziyyətdə tapılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR