Mersin Baş Prokurorluğunun rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində Edirnədə narkotik və ya psixotrop maddə ticarətinə qarşı əməliyyat keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadənnxəbər verir ki, əməliyyat çərçivəsində izlənilən TIR saxlanılıb və nəqliyyat vasitəsində aparılan axtarış zamanı gizli bölmədə 16 paket halında ümumilikdə 18 kiloqram kokain ələ keçirilib.
Əməliyyat zamanı M.G., T.A., P.D. və A.Ö. adlı şəxslər saxlanılıb. Polis idarəsindəki əməliyyatlar tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.A., A.Ö. və P.D. həbs edilib, M.G. isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Oksana