Türkiyədə fabrikdə güclü yanğın baş verib

Türkiyədə fabrikdə güclü yanğın baş verib
DÜNYA
12:22 14.12.2025
98
Türkiyənin Denizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən bir fabrikin anbar hissəsində hələ müəyyənləşdirilməmiş səbəbdən yanğın baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb. Yanğın zamanı fabrikin boş olduğu öyrənilib. Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar göndərilib və alovların yayılmasını dayanmağa müvəffəq olublar. Yanğın nəticəsində fabrikin böyük hissəsi istifadə olunmaz vəziyyətə gəlib. Hazırda yanğını idarə altına almaq və söndürmək üçün işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR