Türkiyədə gündəlik yoluxma sayı 20 mini ötdü

Türkiyədə gündəlik yoluxma sayı 20 mini ötdü
DÜNYA
23:04 18.03.2021
720
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
 
AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 81 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 184 min 452 koronavirus testi aparılıb, onlardan 20 min 49-u müsbət çıxıb.

Ağır xəstə sayı 1503-ə yüksəlib.

18 min 615 nəfər müalicəsini tamamlayaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 770 min 638-ə çatıb.
OXŞAR XƏBƏRLƏR