Türkiyədə keçirilən beynəlxalq düşərgənin bağlanış mərasimi baş tutub

Türkiyədə keçirilən beynəlxalq düşərgənin bağlanış mərasimi baş tutub
SOSİAL
17:32 13.07.2024
223
Azərbaycan Respublikasının Gənclər Fondunun və Türk Dünyası Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı, Pendik bələdiyyəsinin dəstəyi ilə təşkil edilən beynəlxalq düşərgənin 12 iyul tarixində bağlanış mərasimi keçirilib.
 
Pendik gənclik düşərgəsində təşkil edilən bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Pendik bələdiyyə rəhbərinin müavini Atakan Yüce çıxış edərək, ölkə başçıları cənab İlham Əliyevin və cənab Rəcəp Tayyip Ərdoğanın həyata keçirdiyi siyasət xəttə uyğun olaraq hər iki ölkə arasında qurulan sıx əlaqələrin gənclər sahəsinə də öz müsbət töhfəsini verdiyini və bu səbəbdən günü-gündən gənclərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin artırılması istiqamətində həyata keçirilən layihələrin sayının artdığını xüsusi vurğulamışlar.
 
İstanbulun Pendik əyalətində təşkil edilən düşərgədə xüsusi fəallığı ilə seçilərək səfər edən 30 gənc düşərgə müddətində hər iki ölkənin tarixini, milli-mənəvi dəyərlərini aşılayan müxtəlif tematik təlimlərdə, İstanbulda yerləşən tarixi-mədəni abidələrin ziyarətində iştirak edərək, türk gənclərlə yaxın dostluq və qardaşlıq əlaqələri qurmağa müvəffəq olmuşlar .
 
Qeyd edək ki, Pendik əyalətində təşkil edilən düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun Türkiyədə həyata keçirdiyi növbəti beynəlxalq düşərgədir. Gələcək fəaliyyətlərdə hər iki ölkə gəncləri arasında şəbəkələşməni və qardaşlıq əlaqələrini daha da artırmaq məqsədi ilə türkiyəli gənclərin də ölkəmizə səfəri nəzərdə tutulmuşdur.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski