İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən iş yerlərini hədəf alan hücumlar və cinayətkar qruplaşmaların fəaliyyəti ilə bağlı əməliyyat keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul mərkəzli olmaqla 3 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb.
Polis orqanları cinayətlərin və cinayətkarların cəzasız qalmaması üçün bu istiqamətdə mübarizənin və əməliyyatların qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.











































