Katarakt

Türkiyədə koronavirusa yoluxmaların 85 faizi Britaniya ştammıdır - Nazir açıqladı

DÜNYA
12:30 13.04.2021
290
Türkiyə pandemya başlayandan bəri ən ağır dövrdən keçir.

"Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib.

COVID-19 müddətindəki şərtlərin hər kəsi yorduğunu, problemin yumşaldığı sırada yeni çətinliklərin ortaya çıxdığını deyən nazir bunun dünyanın hər yerində müşahidə olunduğunu vurğulayıb:

"Statistikaya və cəmiyyətin azalan psixoloji tənəzzülünə baxdığımızda ölkəmizin pandemiya dövrünün başlanmasından bəri ən mürəkkəb vaxtdan keçdiyini demək olar”, - deyə nazir vurğulayıb. 

O, aprelin 10-dan bəri gündəlik yoluxma sayının 52 676, vəfat edənlərin isə 248 nəfər olduğunu deyərək, ümumi yoluxmanın 3,7 milyonu keçdiyini, vəfat edənlərin isə 33,7 mindən çox olduğunu bildirib.

F.Kocanın sözlərinə görə, yoluxmaların 85 faizi Britaniya ştammı ilə bağlıdır. Bununla belə ölkədə digər mutasiyalar da görünüb, 166 nəfərdə isə COVID-19-un Braziliya ştammı müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR