Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 89 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 43498 şübhəli koronavirus testindən keçib, onlardan 2936-nın cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3081 nəfər ölüb, 117589 nəfər bu infeksiyaya yoluxub, 44022 nəfəri isə müalicə olunub. Bu gün 5231 xəstə evə buraxılıb.
///APA